"Sumqayıt" və "Qəbələ" arasındakı yoxlama oyununun fasiləsində komandaların kapitanları arasında məzəli dialoq yaşanıb.
Sportnet.az-ın məlumatına görə, qonaqlardan qapıçı Anar Nəzirov meydan sahiblərindən Vurğun Hüseynova yaxınlaşıb. O, "Sanki 3 aydır məşq edirsiz. Bir az dincələrdiniz də" deyib.
Hüseynov isə gülərək, "Elə siz də pis deyilsiniz" söyləyib.
Bu dialoqlar tərəflər koronavirus pandemiyası ilə əlaqədar 3 aylıq məcburi fasilə müddətində bir-birilərini məşq etdiklərinə işarə vurublar.
"Sumqayıt"ən prezidenti Riad Rəfiyev isə məsələyə belə münasibət bildirib: "Bilmirəm onlar necə zarafat etdilər, amma oyunda deməzdim ki, bizimkilər "Qəbələ"dən üstün idi. Bərabər səviyyəli oyun idi, hər iki komandanın da qol imkanları oldu. Onlardan daha üstün olduğumu deyə bilmərəm".
Qeyd edək ki, "Sumqayıt" - Qəbələ" matçının ilk yarısı 1:1, görüş isə 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.