Bakının Heydər Əliyev prospektində (stadionun qarşısında, metronun "Koroğlu" stansiyası istiqamətində) yol-nəqliyyat hadisəsi baş verib.
Sportnet.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, qəzaya düşən nəqliyyat vasitələrindən biri "Neftçi"nin avtobusu olub.
Məlumatı Sportnet.az-a açıqlamasında klubun Mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev təsdiqləyib: O bildirib ki, qəzaya səbəb sağ zolaqda hərəkət edən taksi sürücüsünün ara məsafəsinə əməl etməməsi olub: "Taksi sürücüsü ötmə əməliyyatını yerinə yetirən zaman məsafəni düzgün hesablaya bilmədi. Nəticədə onun idarə etdiyi minik avtomobili komandanın avtobusuna çırpıldı. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb".
Məlumata görə, bu səbəbdən də prospektin qeyd olunan hissəsində sıxlıq müşahidə olunub.