AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclas iyunun 18-də videokonfrans formatında keçiriləcək.
Toplantı saat 11:00-da başlayacaq.
İclasda Azərbaycan Premyer Liqası və ölkə kuboku ilə bağlı yekun qərar veriləcək. Hər iki yarışın ləğv olunacağı gözlənilir.