Fransa PSJ-sinin 3 futbolçusu və 1 əməkdaşı koronavirus infeksiyasına yoluxub.
Sportnet.az-ın Paris klubunun rəsmi saytına istinadən məlumatına görə, bu, iyunun 25-də bərpa olunacaq məşqlər öncəsi götürülmüş test nəticəsində üzə çıxıb. Xəstələnənlərin adları açıqlanmayıb. Onlar yoluxma simptomları hiss etməyiblər və bir-biriləri ilə təmasda olmayblar. Hazırda bütün oyunçular məşqlərə qatıla bilərlər.
Qeyd edək ki, koronavirus infeksiyası pandemiyasına görə Fransa çempionatında 2019/2020-ci il mövsümü vaxtından əvvəl başa çatıb, PSJ ölkə çempionu elan edilib. Fransanın Birinci Liqasında yeni mövsümünün startı 22 avqusta planlaşdırılıb.