"Qəbələ"nin futbolçusu Amin Seydiyevə ağır itki üz verib.
Sportnet.az xəbər verir ki, gənc müdafiəçinin anası Şəhla xanım koronavirusdan müalicə aldığı Sabirabad xəstəxanasında bu gün vəfat edib.
Oyunçunun özü isə ondan götürülən analizin nəticəsi neqativ çıxdığı üçün karantinə alınmayıb.
Seydiyev ailənin tək oğludur.
Qeyd edək ki, Amin Seydiyev yeni mövsümdən "Sabah"da çıxış edəcək.
Allah rəhmət eləsin!