"Qalatasaray"da baş məşqçi vəzifəsinə təyin olunan Hamza
Hamzaoğlu qısa müddətdə komandanı toparlaması ilə diqqət çəkir. Sportnet.az-ın məlumatına görə,
"Qalatasaray"ın əfsanəvi prezidentlərindən sayılan Faruk Sürən də digərləri kimi yeni çalışdırıcıya tərif yağdırıb.
Sürən gənc məşqçinin Türkiyənin Qvardiolası ola biləcəyini deyib: "Hamza Hamzaoğlunu kluba qazandırdığı üçün Abdurrahim Albayraka təşəkkür edirəm. O, "Akhisar"da bəyənilən işlər görmüşdü. Komandaları baxımlı futbol sərgiləyir. Bir məşqçi kimi türk futboluna və ölkəyə yaxşı bələddi. Əgər ona vaxt verilib, səbr edilsə, Hфmzфoğlu Türkiyənin Qvardiolası ola bilər. Klubda prezident olduğum dönəmdə Fatih Terim də bu cür idi. Superliqanın liderindən 9 xal geri qalmışdıq. Amma Terimə vaxt verdik. İndi də Hamza hocaya dəstək vermək zamanıdı. Onun uğur qazanacağına ürəkdən inanıram. O ki qaldı yenidən "Qalatasaray"ın rəhbərliyinə keçməyə, bu barədə düşünmürəm. Namizədliyimi irəli sürməyim üçün sosial baza olmalıdı. "Cim -Bom" prezidentləri uzun müddət ayaqlarını yorğanlarına görə uzatmadı. Əgər hesab-kitab işləri düzgün aparılsaydı, belə maliyyə sıxıntısı meydana gəlməzdi. "Qalatasaray" bu durumdan ortaq ağıl ilə xilas ola bilər".