
Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi "Albasete" klubu İspaniya Sequndasında XXXVI tur matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib "Rasinq" komandası olub. Santanderdəki "El Sardinero" stadionunda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.
Start heyətində yer almayan İsrafilov 46-cı dəqiqədən sonadək meydanda olub. İlk yarıdan sonra 0:1 hesabı ilə geridə olan "Albasete" ikinci hissədə 2 qol vuraraq, əzmkar qalibiyyətə imza atıb.
Bu nəticədən sonra xalını 43-ə çatdıran "Albasete" 16-cı pilləyə yüksəlib. 30 xala malik "Rasinq" isə sonuncu - 22-ci pillədədir.