Qazaxıstanın "Kaysar" klubunda 25 nəfər koronavirusa yoluxub.
Sportnet.az "Sport.kz" saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stoyço Mladenov məlumat verib. Virusa yoluxanlardan 10-u futbolçudur.
O, özünün və məşqçilər heyətinin test nəticəsinin mənfi olduğunu bildirib.
Qeyd edək ki, Qazaxıstan çempionatı iyulun 1-də bərpa olunmalıdır. "Kaysar" "Taraz" komandası ilə qarşılaşmalıdır.