"Barselona”nın argentinalı
futbolçusu Lionel Messi, dopinq yoxlamasına çağırılan 5 futbolçu arasında həm
sidik, həm də qan nümunəsi alınan tək adam olmasına mənfi reaksiya verib.
Sportnet.az-ın məlumatına görə, aralarında Messinin də olduğu 5 "Barselona”lı oyunçunun dünən
dopinq yoxlamasından keçirildiyi ortaya çıxıb.
Argentinalı özü ilə birlikdə Andres İniesta, İvan Rakitiç, Klaudio Bravo və
Cordi Albadan dopinq nümunəsi götürüləndən sonra, sosial şəbəkə "Instagram”da
bir şəkilini paylaşıb.
Messi, şəkilin yanında yazdığı mesajda həm sidik, həm də qan
testinin yalnız özünə edildiyini və "Qəribə deyilmi" deyərək
reaksiyasını bildirib. İspaniya mətbuatı da Messi xaricindəki digər 4
futbolçunun dopinq testlərindən yalnız birinə alındığını yazıb. UEFA-nın
koordinatorluğu ilə edilən dopinq testinin İspaniyadakı İdman Sağlamlığını
Qoruma Təşkilatı tərəfindən reallaşdırıldığı bildirilib.
Qeyd edək ki, son dövrdə formada olan və ard-arda rekordlar
qıran Messi, son 4 oyununda 3 dəfə het-trik edib.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |