
İngiltərə Çempionşipində futbolçular, məşqçilər və klub işçilərindən götürülmüş növbəti analizlərin nəticələri açıqlanıb.
Sportnet.az İngiltərə Futbol Liqasının (EFL) rəsmi saytına istinadən xəbər verir ki, 24 klubun 2 855 üzvündən test götürülüb, onlardan 1-nin nəticəsi müsbət olub.
EFL həmin şəxsin kimliyini açıqlamayıb.
Qeyd edək ki, iyunun 24-də Çempionşipdə daha 3 yoluxma qeydə alınıb. Dünən isə İngiltərə Premyer Liqasında bir futbolçuda koronavirus aşkarlanıb.