Cari mövsümün sonunda "Neftçi"dən ayrılan daha bir futbolçu Azərbaycana dəstək nümayiş etdirib.
Sportnet.az xəbər verir ki, braziliyalı hücumameylli yarımmüdafiəçi Dario Frederiko şəxsi "Instagram" hesabında Azərbaycan əsgərinin fotosunu paylaşaraq bu sözləri yazıb: "Biz birlikdə güclüyük. Güclü ol, Azərbaycan".
Daha əvvəl "Neftçi"nin digər sabiq futbolçusu - haitili Soni Mustivar ölkəmizə dəstək olub.
Qeyd edək ki, Dario Frederiko "Neftçi”nin heyətində keçirdiyi iki mövsüm ərzində 40 oyunda meydana çıxıb, 5 qol vurub.