
“Zirə” klubu daha 3 futbolçusu ilə yollarını ayırıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bunlar Riçard Qadze, Mfo Kqasvane və Bəxtiyar Həsənalızadədir.
Adı çəkilən oyunçulara göstərdiki xidmətləri qarşılığında minnətdarlıq edilib, onlara gələcək karyeralarında uğurlar arzulanıb.
Qeyd edək ki, "Zirə" daha əvvəl kapitan Cavid Hüseynov başda olmaqla, 7 futbolçusu ilə vidalaşıb.