"Qarabağ" yarımmüdafiəçisi Miçel Madera ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
İspaniyalı futbolçu Ağdam təmsilçisində ümumilikdə 155 matçda meydanda olub və 25 qola imza atıb.
"Qarabağ" futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.