
Qəbələdə təlim-məşq toplanışında olan "Qarabağ" və "Sabah" komandaları arasında yoxlama oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, görüş "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 2:1. "Qarabağ"ın yeganə qolunu yenə Filip Ozobiç vurub. Yeni baş məşqçi Visente Qomesin rəhbərliyi altında ilk matçına çıxan paytaxt komandasından isə Xulio Rodriges və Təmkin Xəlilzadə fərqlənib.
Qeyd edək ki, bu, həm də "Sabah"ın Qəbələdə ilk yoxlama oyunu olub. "Qarabağ" isə daha əvvəl "Keşlə"yə Filip Ozobiçin het-triki sayəsində qalib gəlib - 3:1.