Qəbələdə təlim-məşq toplanışında olan eyniadlı komanda ilə "Səbail" arasında yoxlama oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Hesabı 6-cı dəqiqədə penaltidən Rauf Əliyev açıb. 79-cu dəqiqədə Hendrik Ekşteyn penaltini yerinə yetirə bilməsə də, bir dəqiqə sonra fərqi artırmağı bacarıb.
"Qəbələ"nin təsəlli qolunu isə 88-ci dəqiqədə Merab Giqauri vurub.
Yoxlama oyunu
19:00. "Qəbələ" - "Səbail" - 1:2
Qollar: Merab Giqauri, 88 - Rauf Əliyev, 6 (pen.). Hendrik Ekşteyn, 80
İstifadə olunmamış penalti: Hendrik Ekşteyn, 79 ("Səbail")
Qeyd edək ki, bu, "Qəbələ"nin ikinci yoxlama oyunudur. Daha əvvəl "qırmızı-qaralar" "Zirə" ilə qolsuz heç-heçə edib."Səbail" isə ilk görüşünə çıxıb.