
Rusiyanın "Ximki" klubunun futbolçuları Moskva vilayətinin qubernatoru Andrey Vorobyova açıq məktub yazıblar.
Sportnet.az-ın məlumatına görə, oyunçular rəhbərliyin Sergey Yuranı baş məşqçi postundan istefaya göndərməsi ilə razılaşmadıqlarını bildiriblər. Onlar qərarı tam gözlənilməz adlandıraraq, qubernatordan vəziyyəti araşdırmasını xahiş ediblər.
Futbolçular məhz Yuranın rəhbərliyi altında Premyer Liqaya vəsiqə vəzifəsini yerinə yetirdiklərini vurğulayaraq, onunla vidalaşmağa səbəb görmədiklərini sözləyiblər. Onlar Rusiya Kubokunda da inamla çıxış edərək, finaladək irəlilədiklərini və şübhəli penalti qərarı ilə çempion "Zenit"ə uduzduqlarını xatırladıblar.
Sonda kollektiv üzvləri qubernatordan vəziyyətə müdaxilə etməsini və Yuranı saxlamaqdan ötrü klub rəhbərliyini inandırmasını xahiş ediblər: "Biz baş məşqçi, bir-birimiz, regionun şərəfi və sadiq azarkeşlərimiz uğrunda vuruşmağa hazırıq".
Qeyd edək ki, Sergey Yuran bu gün istefaya göndərilib. "Ximki"də əslən azərbaycanlı futbolçu Kamran Əliyev də forma geyinir.