
Qəbələdə təlim-məşq toplanışında olan "Keşlə" və "Səbail" komandaları yoxlama oyunu keçiriblər.
Sportnet.az xəbər verir ki, görüş "Keşlə"nin qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 45-ci dəqiqədə Şəhriyar Əliyev vurub. 62-ci dəqiqədə isə Vüsal İsgəndərli dəqiq penalti zərbəsi ilə oyunda son nöqtəni qoyub.
Qeyd edək ki, “Keşlə” daha əvvəl yoxlama matçlarında “Qarabağ”a 1:3 hesabı ilə uduzub, “Zirə”yə isə qalib gəlib - 1:0.
“Səbail” isə ikinci yoxlama görüşünə çıxıb. Paytaxt təmsilçisi bunadək “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib.
Yoxlama oyunu
3 avqust
19:00. “Səbail” – “Keşlə” - 0:2
Qol: Şəhriyar Əliyev, 45. Vüsal İsgəndərli, 62 - ön.)
Baş hakim: Əliyar Ağayev
Qəbələ şəhər stadionu