2020/2021 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək komandalardan 3-ü I təsnifat mərhələsində Şimali Makedoniya klubları ilə qarşılaşacaq.
Sportnet.az-ın məlumatına görə, Çempionlar Liqasında çıxış edəcək "Qarabağ" sözügedən ölkənin "Sileks" təmsilçisi ilə üz-üzə gələcək.
"Neftçi" və "Sumqayıt"ın rəqibləri isə müvafiq olaraq "Şkupi" və "Şkendiya" olacaq.
Hər üç komanda bu mərhələnin oyununu Azərbaycanda keçirəcək.
Qeyd edək ki, "Qarabağ"- "Sileks" matçı avqustun 18-də, "Neftçi" - "Şkupi" və "Sumqayıt" - "Şkendiya" görüşləri isə avqustun 27-də keçiriləcək. Avropa Liqasında təsnifat və pley-off mərhələləri bir oyundan ibarət olacaq.