İspaniyanın "Qranada" klubunun futbolçusu Maksim Qonalonda koronavirus aşkarlanıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi hazırda Fransadakı evində təcrid olunub. Klubun tibbi heyəti oyunçu ilə təmasdadır və xəstəliyin aradan qaldırılmasına kömək edir.
Qeyd edək ki, Maksim Qonalon 2019-cu ilin sentyabrından "Qranada"da icarə əsasında oynayıb. La Liqa təmsilçisi avqustun 11-də fransalı oyunçunu İtaliya "Roma"sından aldığını və onunla 3 illik müqavilə imzaladığını açıqlayıb.