"Hazırda bütün fikrimiz "Pelister"lə matça yönəlib. Kratovoda oynayacağıq, ilk turda "Belasika"nı 6:0 hesabı ilə məğlub etmişik. Növbəti matçda da 3 xal haqqında fikirləşəcəyik".
Sportnet.az "Sportmedia" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniyanın "Sileks" klubunun baş məşqçisi Qoran Simov deyib.
45 yaşlı mütəxəssis Ağdam təmsilçisi ilə görüş barədə danışmaq istəməyib. Serbiyalı baş məşqçi deyib ki, şənbə gününə qədər futbolçulara "Qarabağ" barədə düşünməyi qadağan edib.
Qeyd edək ki, "Qarabağ" - "Sileks" oyunu avqustun 18-də Bakıda olacaq və saat 20:00-da başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün güclüsü ilə üz-üzə gələcək.