Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, yarımfinala 3-cü vəsiqə uğrunda İspaniya “Barselona”sı ilə Almaniya "Bavariya"sı üz-üzə gəliblər.
Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu da Luş" stadionunda baş tutan qarşılaşmanı Sloveniya Futbol Federasiyasından Damir Skomina idarə edib.
Matç Münhen klubunun 8:2 hesablı qələbəsi ilə başa çatıb. "Bavariya" yarımfinalda "Mançester Siti" (İngiltərə) – "Lion" (Fransa) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, yarımfinalın digər oyununda isə PSJ (Fransa) və "Leyptsiq" (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunlar 18 - 19 avqust tarixlərində keçiriləcək.
13 avqust
Çempionlar Liqası, 1/4 final
23:00. “Braselona” (İspaniya) – “Bavariya” (Almaniya) 2:8
Qollar: David Alaba, 7-avtoqol, Luis Suares, 57 - Tomas Müller, 4, 31 İvan Perişiç, 21, Serj Qnabri, 28, Yozua Kimmix, 63, Robert Levandovski, 82, Filippe Koutinyo, 85, 89
Baş hakim: Damir Skomina
Portuqaliya, Lissabon. “Eştadiu da Luş” stadionu