UEFA prezidenti Aleksander Çeferin növbəti mövsümdə Çempionlar Liqasında "8-lər finalı"nın gerçəkləşmə ehtimalına münasibət bildirib.
Spotnet.az-ın məlumatına görə, sloveniyalı funksioner bu barədə AFP-yə açıqlama verib.
O, gələcəkdə belə turnirin maraqlı ola biləcəyini söyləyib: "Amma bunu edə biləcəyimizi düşünmürəm. Çünki təqvim sıxdır və daxili çempionatları nəzərə almalıyıq. Mən optimistəm və düşünürəm ki, gələn il hər şey daha yaxşı olacaq. Normal və azarkşlərin iştirak etdiyi köhnə futbola qayıda bilərik. Gələn il eyni müsabiqəni keçirmək üçün planımız yoxdur".
Qeyd edək ki, Çempionlar Liqasının matçları 1/4 finaldan etibarən Portuqaliyanın paytaxtı Lissabonda "8-lər finalı" formatında keçirilir.