
"Mançester Siti" klubunun yarımmüdafiəçisi Kevin De Brenye İngiltərə Premyer Liqasında 2019/2020 mövsümünün ən yaxşı futbolçusu seçilib.
Sportnet.az-ın Premyer Liqanın rəsmi saytına istinadən məlumatına görə, səsvermədə futbol ekspertləri, azarkeşlər və 20 klubun kapitanları iştirak ediblər. 29 yaşlı oyunçu qapıçı Nik Poup ("Börnli"), müdafiəçi Trent Aleksander-Arnold ("Liverpul"), yarımmüdafiəçilər Cordan Henderson və Sadio Mane (hər ikisi "Liverpul"), həmçinin forvardlar Denni İnqz ("Sautgempton") ilə Ceymi Vardini ("Lester") üstələyib.
Qeyd edək ki, Kevin De Breyne ötən mövsüm Premyer Liqada 35 oyunda 13 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.