
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasının XVI turu çərçivəsində bəzi oyunları canlı izləyəcək. Sportnet.az-ın məlumatına görə, baş məşqçi dekabrın 14-də saat 14:00-da "Bakı” FK-nın Təlim-Məşq Bazasının stadionunda keçiriləcək "Bakı" - "Xəzər Lənkəran" və saat 17:00-da "Bakcell Arena”da baş tutacaq "Neftçi” – "Sumqayıt” oyunlarını izləyəcək.