Səudiyyə Ərəbistanının "Əl Hilal" komandasının futbolçusu Bafetimbi Qomisin oyun vaxtı halı pisləşib.
Sportnet.az-ın məlumatına görə, hadisə çempionatın 26-cı turunda səfərdə "Əl-Əhli" ilə matçda baş verib. 35 yaşlı hücumçu 12-ci dəqiqədə huşunu itirib.
Fransalı forvard həkimlərin müdaxiləsindən sonra qarşılaşmaya davam edib və sonadək meydanda olub.
Qeyd edək ki, "Əl-Əhli" görüşdə 2:1 hesabı ilə qələbə qazanıb. Bafetimbi Qomis 2017/2018 mövsümündə Türkiyə təmsilçisi "Qalatasaray"da çıxış edib. O, həmin dönəmdə "Kasımpaşa" ilə matçda da eyni aqibətlə üzləşib.
Qomis ilk dəfə 2009-cu ildə Fransa millisinin təlim-məşq toplanışında yerə yıxılıb və həkimlər ona huşunu itirmə diaqnozu qoyub.