UEFA Millətlər Liqasının II turunda Azərbaycanla qarşılaşacaq Kipr yığmasının daha bir futbolçu itkisi ilə üzləşə bilər.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, Qazaxıstan "Astana"sında çıxış edən Pieros Sotiryu zədələnib. Bu səbəbdən, 27 yaşlı hücumçu hazırlıq prosesinin bir hissəsini qaçırıb.
Qeyd edək ki, daha əvvəl Aleksander Qogiç və Giorqos Efremin qarşıdakı matçları buraxacağı dəqiqləşib. Qogiç 10 günlük karantinə alınıb, digər isə zədələnib.
Sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Sentyabrın 5-də isə Kipr eyni arenada Monteneqro ilə qarşılaşacaq.