
UEFA Millətlər Liqasının ilk turunda Kosovo seçməsi ilə qarşılaşacaq Moldova millisinin üzvləri oyunun keçiriləcəyi İtaliyanın Parma şəhərində koronavirus testindən keçiblər.
Sportnet.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, analiz götürülən futbolçular arasında "Sabah"ın yarımmüdafiəçisi Yevgeni Koçuk da olub.
Testlərin nəticəsi hamıda mənfi çıxıb.
Qeyd edək ki, Moldova Kosovonun müstəqilliyini tanımadığından sentyabrın 3-dəki oyun neytral meydanda baş tutacaq.