
İtaliyanın sabiq baş naziri, "Milan" klubunun keçmiş sahibi Silvio Berluskoninin koronavirus testi müsbət nəticə verib.
Sportnet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun şəxsi həkimi Alberto Dzanqrillo bildirib.
Qeyd edək ki, 84 yaşlı Berluskoni 30 ildən çox "Milan"a rəhbərlik edib. O, hazırda isə "Montsa" klubunun sahibidir.