Ötən gün dünyasını dəyişən Bakının "Neftçi" və Gəncənin "Kəpəz" klubunun veteran futbolçusu Arzu Mirzəyev dəfn olunub.
Sportnet.az-ın məlumatına görə, o, Gəncə şəhərindəki İmamzadə Dini Kompleksində atasının məzarının yanında torpağa tapşırılıb.
Qeyd edək ki, SSRİ idman ustası infarktdan dünyasını dəyişib. Arzu Mirzəyev 1979 - 1983-cü illərdə "Kəpəz"də, 1984 - 1991-ci illərdə “Neftçi”də forma geyinib. O, flaqmanın heyətində 181 oyun keçirib, 5 qol vurub. Mirzəyev futbolçu karyerasını bitirdikdən sonra "Kəpəz" və Gədəbəyin "Narzan" komandalarının baş məşqçisi də olub. O, son illərdə Gəncədəki "Təhsil" İdman Mərkəzində məşqçi işləyib.