
“Qəbələ”nin keçmiş baş məşqçisi Roman Qriqorçuk Belarusun "Şaxtyor" (Soliqorsk) komandasının sükanı arxasına keçib.
Sportnet.az xəbər verir ki, klubun rəsmi saytı 55 yaşlı mütəxəssislə müqavilənin müddətini açıqlamayıb. Qriqorçuk yeni vəzifədə həmyerlisi Yuri Vernidubu əvəzləyib. Onun məşqçilər korpusunda Andrey Qluşenko (qapıçılar üzrə məşqçi), Anatoli Korotya (məşqçi-analitik) və Mixail Savka (məşqçi) yer alacaq.
Qeyd edək ki, Roman Qriqorçukun "Qəbələ"də 2015 - 2018-ci illərdə çalışıb. Daha sonra o, Qazaxıstan “Astana”sına rəhbərlik edib.