İtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviç ümumi qrupda məşqləri bərpa edib.
Sportnet.az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, 38 yaşlı hücumçu İrlandiya "Şemrok Rovers"i ilə Avropa Liqasının II təsnifat mərhələsinin
oyununda iştirak edə biləcək. Bu görüş sentyabrın 17-də səfərdə keçiriləcək.
Qeyd edək ki, Zlatan İbrahimoviç son bir neçə gündə fərdi proqram üzrə çalışıb. İsveçli forvard ayağındakı zədə üzündən "Viçentsa" və "Breşiya" ilə oyunları buraxıb.