AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov və vitse-prezident Rauf Əliyev Kolumbiyanın Azərbaycandakı səfiri Antonio Dimate Kardenasla görüşüb.
Sportnet.az-ın milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, görüşdə iki ölkənin futbol qurumları arasında qarşılıqlı əməkdaşlıq, gənclərdən ibarət komandalar arasında yoldaşlıq oyunlarının keçirilməsi barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.