İtaliyada "ilin yaxşıları"nın mükafatlandırılma mərasimi keçirilib. Sportnet.az-ın məlumatına görə, ən çox mükafat "Yuventus"un futbolçularına qismət olub.
Ölkənin "ən yaxşı futbolçu"su Andrea Pirlo olub. Canluici Buffon "ən yaxşı qapıçı", 2013/14-cü il mövsümündə "Yuventus"u çempion etmiş İtaliya millisinin baş məşqçisi Antonio Konte isə ilin "ən yaxşı məşqçi"si seçilib.
Mövsümün "ən yaxşı hücumçusu" adı Qonzalo İquainə verilib. Lakin "Napoli"nin prezidenti Aurelio de Laurentis mərasimi boykot edib.
İlin rəmzi yığmasına "Yuventus"dan Pirlo və Buffon ilə yanaşı Kvadvo, Asamoa, Pol Poqba, Andrea Bartsalyi, Arturo Vidal və Karlos Teves seçilib. Rəmzi yığmanı Matteo Darmian, Mehdi Benatia, Çiro İmmobile və Qonzalo İquainin tamamlayıb.