İspaniyanın "Real Madrid" klubunun futbolçusu Eden Azar növbəti dəfə zədələnib.
Sportnet.az "Marca"ya istinadən xəbər verir ki, 29 yaşlı hücumçu tibbi müayinədən keçib. Belçikalı forvardın 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Azar Belçika yığmasının qarşıdakı toplanışında iştirak etməyəcək. O, Millətlər Liqasında oktyabrın 11-də İngiltərə, oktyabrın 14-də İngiltərə ilə matçı buraxacaq.
Hücumçu La Liqada "Valyadolid", "Levante", "Kadis" və "Barselona" ilə matçları buraxa bilər.
Qeyd edək ki, "Barselona" - "Real Madrid" matçı oktyabrın 25-də “Nou Kamp” stadionunda olacaq.