
Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.
Sportnet.az xəbər verir ki, turun açılış matçında "Keşlə" "Sabah"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə ilk qolu 54-cü dəqiqədə Silvio Rodriqes vurub. 90+1-ci dəqiqədə Vüsal İsgəndərli fərqi artırıb. 25 yaşlı yarımmüdafiəçi qol sevincini əsgər salamı verərək qeyd edib.
Bu nəticədən sonra "Keşlə" xallarının sayını 8-ə çatdırıb və müvəqqəti də olsa lider olub. "Sabah" isə 6 xalla 5-ci yerdədir.
Qeyd edək ki. V turun "Qəbələ" - "Sumqayıt" və "Zirə" - "Neftçi" matçları oktyabrın 3-də keçiriləcək. "Səbail" - "Qarabağ" dueli isə təxirə salınıb.
2 oktyabr
Azərbaycan Premyer Liqası, V tur
15:30. "Sabah" - "Keşlə" - 0:2
Qol: Silvio Rodriqes, 54. Vüsal İsgəndərli, 90+1
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Rahil Ramazanov, Orxan Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
"Bank Respublika Arena"
Qeyd edək ki, V turun "Qəbələ" - "Sumqayıt" və "Zirə" - "Neftçi" matçları oktyabrın 3-də keçiriləcək. "Qarabağ" - "Səbail" oyunu isə təxirə salınıb.