Birləşmiş Ərəb Əmirliklərinin "Xor Fakkan" klubunda çıxış edən braziliyalı futbolçu Bruno Lamas Azərbaycan təmsilçisinin maraq dairəsinə düşüb.
Sportnet.az məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi "Vavel" nəşrinə açıqlamasında "Qarabağ"dan təklif aldığını bildirib.
Lamas Ağdam təmsilçisi ilə yanaşı ölkəsinin "Fluminense", "Vasko da Qama" və digər ölkələrin klublarının da onunla maraqlandıqlarını söyləyib. Daha əvvəl Portuqaliyanın "Leyşoynş" komandasında oynayan futbolçu gələcəkdə Avropaya qayıda biləcəyini də istisna etməyib.
Qeyd edək ki, Bruno Lamasın klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.