UEFA Millətlər Liqası qrup mərhələsinin III turunda Podqoritsa şəhərindəki “Gradski" stadionda Monteneqro yığması ilə qarşılaşacaq Azərbaycan millisinin bu gün təşkil olunacaq mətbuat konfransının vaxtı dəyişib.
Sportnet.az xəbər verir ki, komandanın baş məşqçisi Canni De Byazi media qarşısına əvvəlcədən nəzərdə tutulduğu kimi 16:30-da yox, 16:00-da (Bakı vaxtı ilə 18:00) çıxacaq.
Qeyd edək ki, sabah oynanılacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.