
“Təəssüf ki, milli komandanın qrupda keçirdiyi ilk iki oyunda iştirak etməmişəm".
Sportnet.az xəbər verir ki, bunu Monteneqro millisinin futbolçusu Marko Simiç Millətlər Liqasının IV turunda Azərbaycana qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
33 yaşlı müdafiəçi bildirib ki, həmişə olduğu kimi, milli komanda üçün əlindən gələni etməyə hazırdır: "Hər oyuna çox köklənəndə bu, bəzən yaxşı nəticə üçün kifayət etmir”.
Qeyd edək ki, sabah Podqoritsa şəhərindəki "Qradski" stadionunda keçiriləcək Monteneqro - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.