İtaliyanın “Roma” futbol klubunun və Qvineya millisinin futbolçusu Amadu Diavara koronavirusa yoluxub.
Sportnet.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi özünün “İnstagram” səhifəsində yazıb.
“Millidən qayıdandan sonra koronovirusla bağlı verdiyim testin nəticəsini aldım. Təəssüf ki, nəticə müsbətdir. Məni tanıyan bütün insanlara bildirmək istəyirəm ki, səhhətim normaldır, özümü yaxşı hiss edirəm. Karantinə getməyə məcburam” deyə o bildirib.
Qeyd edək ki, dünyada 37 milyondan çox şəxs koronavirusa yoluxub. Yoluxan insanların 1 milyondan çoxu dünyasını dəyişib. İtaliyada isə koronavirusa yoluxanların sayı 345 mindən çoxdur.