Yaponiyanın "Qamba Osaka" klubu futbolçusu Ademilsonu məşqdən və matçlardan qeyri-müəyyən müddətə kənarlaşdırıb.
Sportnet.az-ın məlumatına görə, 26 yaşlı braziliyalı hücumçu sərxoş vəziyyətdə avtomobil qəzasına düşüb.
Klub Ademilsonun diskvalifikasiyasının məhkəmə prosesinin sonuna qədər davam edəcəyini bildirib.
Qeyd edək ki, Ademilson bu mövsüm 6 qolla komandanın bombardiridir.