
"Oyuna yaxşı köklənmişdik. Futbolçular oyun saatını gözləyirdi. Futbolçulara təşəkkür edirəm. Meydançada canlarını qoydular. Düşünürəm ki, fasilədən sonra "Qəbələ” daha yaxşı futbol sərgiləyəcək". Sportnet.az xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun müvəqqəti baş məşqçisi Sənan Qurbanov deyib.
Gənc mütəxəssis Topaz Premyer Liqasının XVIII turunda "İnter"ə (1:1) qarşı keçirdikləri matç haqqında fikirlərini bölüşüb: "Ümumi götürsək, komandamız 3 xala layiq oynadı. Lakin bir qədər şanssızlıq oldu. Azarkeşlərlə Kamran Ağayev arasında insident oldu. Bunu pisləyirəm. Azarkeş oyunçunu təhqir etməməlidir. Eyni zamanda, qapıçı da buna reaksiya verməməli idi. Amma emosiyalarını saxlaya bilmədi. Futbolda belə halları pisləyirəm. Bundan öncə problemləri meydana çıxanda Kamrana dəstək olduq. Millinin qapıçısı həmişə yaxşı futbol oynayıb. Futbolçunu itirmək asandı, onu qazanmaq lazımdır. Biz də məsələyə bu prizmadan yanaşdıq”.