Zaqatalanın "Simurq" klubunun sabiq baş məşqçisi Sergey Yuran özünə yeni klub tapıb. Sportnet.az xəbər verir ki, rusiyalı məşqçi bundan sonra ölkəsində I liqa təmsilçisi olan Kalininqradın "Baltika" klubunu çalışdıracaq.
Məlumatı Yuran özü də təsdiqləyib. O bildirib ki, Kalininqrad qubernatoru Nikolay Tukanovun təklifindən sonra bu komandanı çalışdırmağa razılıq verib: "Bəli mən bu klubla anlaşmışam. 2 il yarımlıq müqavilə bağladıq. Bundan sonra komandamın uğurları üçün çalışacağam".
Qeyd edək ki, Sergey Yuran 2011-2012-ci illərdə "Simurq"da işləyib.