Azərbaycan millisinin üzvü Rəhman Hacıyev Türkiyənin "Qazientep BB" klubundan ayrılıb. Sportnet.az xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında komandanın baş məşqçisi Harun Kutlu deyib.
O bildirib ki, mövsümün ikinci yarısında daha da iddialı komanda qurmaq istəyirlər. Bu səbəbdən də heyətdə olan bəzi futbolçuları göndərmək məcburiyyətindədi.
Kutlu qeyd edib ki, Rəhman Hacıyevlə qarşılıqlı razılıq əsasında müqaviləni pozublar.