
Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirib.
Sportnet.az xəbər verir ki, rəqib "Zirə" klubu olub. Görüş qəsəbə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 82-ci dəqiqədə Tamerlan Burcəliyev vurub.