Argentina millisi və Fransanın PSJ klubunun futbolçusu Anxel Di Mariya karyerasını İtaliyada davam etdirə bilər.
Sportnet.az "Tuttosport"a istinadən xəbər verir ki, "İnter" 32 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Amma Milan təmsilçisi bu keçidi gerçəkləşdirməyə tələsmir. Klub təzminat ödəməmək üçün təcrübəli oyunçunun azad agent kimi heyətinə qatmaq istəyir. Ftbolçunun Paris təmsilçisi ilə müqaviləsinin müddəti 2021-ci ilin yaynda başa çatacaq.
Qeyd edək ki, cari mövsüm PSJ-nin heyətində 8 oyun keçirən Anxel Di Mariya 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.