"Zirə"nin futbolçusu Klesio Bauk koronavirusdan sağalıb.
Klubun Mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 26 yaşlı yarımmüdafiəçinin testi mənfi olub.
Hazırda Mozambikdə olan oyunçunun 1-2 gün ərzində Bakıya qayıdacağı gözlənilir.
Qeyd edək ki, Klesio Baukun koronavirus testi Mozambik yığmasnın düşərgəsində müsbət çıxmışdı.