
"Araz" klubu futzal üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb.
Sportnet.az-ın məlumatına görə, Naxçıvan təmsilçisi ilkin mərhələdə Yunanıstanda AEK-lə qarılaşıb.
Afinadakı "Dias Sports Hall"da keçirilən görüşün əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb.
Görüşdə ilk qolu meydan sahibləri vurublar. Birinci dəqiqədə Manos Hadyidrodis hesabı açıb. 20-ci dəqiqədə Panu Autio fərqi artırıb. Komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci hissəyə daha yaxşı başlayan "Araz" 24-cü dəqiqədə təcrübəli oyunçusu Rizvan Fərzəliyevin qolu vurulan toplardan birinin əvəzini çıxıb. Cəmi 4 dəqiqə sonra Panu dubl edərək qonaqları 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. 29-cu dəqiqədə "Araz"ın heyətində Fineo qırmızı vərəqə alaraq meydandan qovulub. Buna baxmayaraq, 33-cü dəqiqədə Xətai Bağıraov fərqi azaldıb. 4 dəqiqə sonra isə Ramiz Çovdarov hesabı 3:3 edib.
Əlavə vaxtda hesab dəyişmədiyindən qalibi penaltilər seriyası müəyyənləşdirib. Burada daha dəqiq (4:3) oynayan Yunanıstan klubu adını növbəti mərhələyə yazdırıb. "Araz" isə Çempionlar Liqasında mübarizəni dayandırıb.
28 noyabr
Çempionlar Liqasının ilkin mərhələsi
16:30. AEK (Yunanıstan) - "Araz" (Azərbaycan) 3:3 (Penaltilər seriyasın 4:3)
Qollar: Antonios Manos, 1, Kostas Panu, 20, 28 – Rizvan Fərzəliyev, 24, Xətai Bağırov, 33, Ramiz Çovdarov, 37
Qırmızı vərəqə: Fineo, 29 ("Araz")
Hakimlər: Karl Hyuz, Valentin Syuplea, Konstantinos Farmakis
Afina, "Dias Sports Hall".
Qeyd edək ki, cütün qalibi 1 oyunla müəyyənləşəcək.