
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik özünə yeni iş yeri tapıb.
Sportnet.az xəbər verir ki, rumıniyalı mütəxəssisin ölkəsinin "Vitorul" komandasına məşqçi təyin olunub. Məlumatı klubun rəsmi saytı yayıb.
58 yaşlı mütəxəssis Konstanta təmsilçisində baş məşqçi Georgi Hacinin köməkçisi vəzifəsində çalışacaq. Onunla 2,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2010/2011 mövsümündə "Xəzər Lənkəran"a başçılıq etmiş Mirça Rednik Cənub təmsilçisi ilə Azərbaycan kubokunun qalibi olub.