UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, azarkeşlərin səsverməsinə əsasən bu ada Fransanın PSJ klubunun hücumçusu Neymar layiq görülüb.
28 yaşlı forvard Parisdə Türkiyənin "Başakşehir" komandasını 5:1 hesabı ilə məğlub etdikləri matçda het-trik edib.