Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İtaliyanın "Yuventus" klubunun heyətində 100-cü oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, bu, A Seriyasında XI turun "Cenoa" ilə səfər matçına təsadüf edib. Görüş Turin komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
35 yaşlı hücumçu 79-cu və 89-cu dəqiqədə penaltiləri dəqiq yerinə yetirərək, dubl edib. Hesabı isə 57-ci dəqiqədə onun komanda yoldaşı Paulo Dibala açıb. "Cenoa"dan yeganə qolu 61-ci dəqiqədə Stefano Sturaro vurub.
Ronaldu "Yuventus"a 2018-ci ildə İspaniya "Real Madrid"indən keçib. O, hazırkı komandasında 79 qol və 19 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, hazırda "Yuventus" 11 oyundan 23 xalla 4-cü, "Cenoa" isə 6 xalla 19-cu yerdə gedir.